UEFA Avropa Liqasında “Beşiktaş”la İsrailin “Hapoel” (Beer-Şeva) komandası arasında keçiriləcək matçın Türkiyədən kənarda təşkil olunması gündəmdədir.
Prosport.Az xəbər verir ki, noyabrın 26-da İstanbulda keçirilməsi planlaşdırılan qarşılaşmanın təhlükəsizlik səbəbindən neytral meydanda keçirilməsi UEFA tərəfindən müzakirə olunur.
Məlumata görə, “Beşiktaş” rəhbərliyi matçın Gürcüstanın Batumi şəhərində keçirilməsini UEFA-ya təklif etməyi düşünür. Yekun qərarı UEFA verəcək.
Qeyd edək ki, qarşılaşma Türkiyədən kənarda keçirilsə, “Beşiktaş” doğma meydan və azarkeş dəstəyindən məhrum olacaq.
