Azərbaycanın FIFA referisi Tural Qurbanov növbəti dəfə UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borusiya" (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən Brakel Təlim Mərkəzində təşkil olunacaq.
