Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.
Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Xalı olmayan "kimyaçılar" sonuncu - 12-ci sırada qalıb.
Günün 2-ci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.
