FIFA-nın hazırkı prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək.
Prosport.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris təşkilatdakı mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. O, daha sonra bu vəzifəyə 2 dəfə yenidən seçilib.
İyul ayında İnfantinonun FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif etdiyi açıqlanıb. Təşəbbüsün FIFA-ya 4,2 milyard dollar cəlb edə biləcəyi bildirilib. Layihə UEFA, KONKAKAF, AFC və KONMEBOL tərəfindən tənqidlə qarşılanıb.
