Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sürəti ilə fərqlənir, bir oyunda təxminən 1,3 km qaçır" – Yuri Vernidub
    5.09.2026 23:07:34

    Azərbaycan Premyer Liqasının IV turunda keçirilən “Neftçi” – “Şəfa” (4:1) matçından sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qələbəni şərh edib.

    – Oyunçularımız özlərini tam şəkildə matça köklədilər. “Şəfa”nın Premyer Liqada yeni olması hər şey demək deyil, onlar nizamlı komandadır. Rüfət Abbasovun möhtəşəm qolu ilə hesabı açdıq. İkinci hissədə standart vəziyyətdən qol buraxsaq da, komandanın reaksiyası xoşuma gəldi. Daha sürətli oynayaraq əlavə 3 qol vurduq. Qələbə qazandığımız və irəlilədiyimiz üçün sevinirəm.

    – “Zirə” ilə matçdan sonra start heyətində ciddi dəyişikliklər etmişdiniz. Sanki futbolçuları cəzalandırmışdınız. Həmçinin, Viçko Şevelin debütünü necə qiymətləndirərdiniz?

    – Futbolçuları cəzalandırmıram, sadəcə oyunlara uyğun qərarlar verirəm. “Zirə” ilə matçda istədiyimiz oyunu görə bilmədik, hücumda kasad idik. Buna görə də bu dəfə pressinqə üstünlük verdik və oyunçular bunun öhdəsindən gəldilər. Şeveli uzun müddətdir izləyirdik, Şotlandiya çempionatının ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biri seçilmişdi. Heyətimizdə gözəl rəqabət var. Denzel Jubitana kimi yeni oyunçulara da vaxt lazımdır, tələsmirik.

    – Rüfət Abbasov matçın təzadlı obrazı idi. Qola qədər sönük olsa da, sonradan açıldı. Onun performansını necə dəyərləndirərdiniz?

    – Tamamilə razıyam, bəzən belə olur. Rüfət gənc oyunçudur və Azərbaycan millisinin üzvüdür. Onunla söhbətimiz olub və o, “Neftçi”nin əsas aktivlərindən biridir. Solaxay ola-ola sağ ayaqla möhtəşəm qol vurdu, dirəyə dəyən zərbəsi də oldu.  Rüfət sürəti ilə fərqlənir. Bir oyunda təxminən 1,3 km qaçır və bu, əla göstəricidir.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved