Türkiyə Superliqasında IV turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 17-ci dəqiqədə vurulub. Ərən Tozlu komandasına 3 xal qazandıran qola imza atıb.
Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb, matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ərzurumspor" 4 xalla 14-cü pillədə yer alıb.
