Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçuların vəzifəsi yalnız məşq etmək deyil, həm də oynamaqdır" - Valdas Dambrauskas
    5.09.2026 21:27:58

    Azərbaycan Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Zirə” (5:0) matçından sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbəni şərh edib.

    – Əvvəlcə oyunçularımı təbrik etmək istəyirəm. Onlar oyun planımızı möhtəşəm şəkildə icra etdilər. Matça çox yaxşı başladıq, 13 dəqiqə ərzində iki qol vurduq, təhlükəli epizodlar yaratdıq. Hücumda və pressinqdə çox aqressiv idik, lakin hesab 3:0 olduqdan sonra oyunçularımda bir qədər tələskənlik hiss olundu. Hər hücumu təkbaşına bitirməyə çalışırdılar. Buna baxmayaraq, komandanın ümumi çıxışından çox razıyam. Nəticəni tezliklə unudub növbəti matça köklənməliyik.

    – Umarali Raxmonaliyev və Stiv Solvenin zədə durumu necədir?

    – Hələ dəqiq məlumatımız yoxdur. Solve MRT çəkdirmək üçün xəstəxanaya getdi, lakin zədəsi ciddi görünür.

    – Bu taktiki plan yalnız “Zirə” üçün nəzərdə tutulmuşdu, yoxsa “Mançester Yunayted”lə matç üçün də hər hansı B planı var idi?

    – Təbii ki, eyni planla “Old Trafford”a çıxa bilmərik. Öz kimliyimiz və hücum futbolu oynamaq xarakterimiz var, lakin qarşıdakı rəqibə qarşı tamamilə fərqli hazırlığımız və planımız olacaq.

    – “Sabah” bu gün gələcək fondu yaratdığını açıqladı. Baş məşqçi olaraq bu təşəbbüsə münasibətiniz necədir?

    – Belə bir addımın atılmasından qürur duyuram. Avropada təcrübəm olub ki, klublar 1 il avrokubokda oynayıb müflisləşiblər. Əgər klubumuz qazandığı vəsaitlə uşaq futboluna və akademiyalara yatırım edirsə, bu, sadəcə “Sabah” üçün yox, bütün Azərbaycan futboluna edilmiş böyük investisiyadır.

    – Start heyətində əsas oyunçulara şans verdiniz. Bu, “Zirə” matçının vacibliyi, yoxsa futbolçuları tonusda saxlamaq məqsədi daşıyırdı?

    – Futbolçuların vəzifəsi yalnız məşq etmək deyil, həm də oynamaqdır. Komandamızda oyun keyfiyyəti heç vaxt düşmür. Qarşıda bizi 27 gün ərzində 8, daha sonra isə eyni müddətdə 15 oyunluq ağır bir qrafik gözləyir. Biz bu tempi qorumaq məcburiyyətindəyik.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved