“Mançester Siti”nin hücumçusu Erlinq Haaland klub karyerasında 300-cü qolunu vurub.
Prosport.Az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 3-cü turunda “Koventri” ilə matçda yubiley qoluna imza atıb. Haaland ilk hissədə Antuan Semenyonun ötürməsini başla dəqiq tamamlayaraq komandasını hesabda önə keçirib – 1:0.
26 yaşlı hücumçunun “Mançester Siti”nin heyətində vurduğu qolların sayı 165-ə çatıb. O, “Borussiya Dortmund”da 86, “Zaltsburq”da 29, “Molde”də isə 20 qol vurub.
Beləliklə, Haaland dörd klubun formasında ümumilikdə 300 qola çatıb.
