Albaniyada Superliqasında III turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanında “Skenderbeu”nu 2:1 hesabı ilə məğlub edib.
Əliyev matçın sonunadək meydanda olub.
Hazırda “Eqnatiya” maksimum nəticə (9 xal) ilə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
