17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Prosport.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Gürcüstanın U-17 komandası ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Matçlar sentyabrın 6 və 9-da "Liv Bona Dea Arena"nın ehtiyat meydançasında olacaq. Oyunlar mavafiq olaraq, saat 16:00 və 11:00-da keçiriləcək.
