Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Prosport.Az xəbər verir ki, açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Bu, "qırmızı-qaralar"ın yeni mövsümdə ilk qalibiyyəti olub.
Bu nəticədən sonra "Qəbələ" 4 xalla 6-cı, eyni xala malik “İmişli” isə 7-ci pillədədir.
Günün digər qarşılaşmasında “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.
Turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.
