"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən Çexiyanın "Slaviya" klubu futbolçusunu icarəyə göndərib.
Prosport.Az xəbər verir ki, Praqa təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi Denis Qalinskini ölkənin digər komandası olan "Pardubitse"yə 6 aylıq icarəyə verib.
Tərəflər arasında imzalanan müqavilədə futbolçunun satınalma bəndi nəzərdə tutulmayıb.
Qeyd edək ki, "Sabah" "Slaviya"ya qarşı oyununu oktyabrın 13-də Bakıda keçirəcək.
