Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Kəpəz” - “Şamaxı” qarşılaşmasına artıq 10 mindən çox bilet satılıb.
Prosport.Az xəbər verir ki, qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq.
Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində 3 xalla 7-ci, “Şamaxı” isə 2 xalla 9-cu pillədə qərarlaşıb.
