Kipr Superkubokunun qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi “Pafos” həlledici qarşılaşmada “Omoniya” ilə üz-üzə gəlib.
Matç “Pafos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 74-cü dəqiqədə Lele vurub.
Zədəli olan Murad Məmmədov bu matçın iştirak ərizəsində yer almayıb.
