“Neftçi”nin sabiq futbolçusu Mark Tamaşın yeni komandası bəlli olub.
Prosport.Az xəbər verir ki, macarıstanlı mərkəz müdafiəçisi Kipr çempionatında çıxış edən “Olimpiakos”a (Nikosiya) keçib.
32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından 2025-ci ilin yanvarınadək “Neftçi”nin formasını geyinib.
