İngiltərənin "Mançester Yunayted" klubunun yeni transferi Karlos Baleba UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək I tur oyununu buraxacaq.
Prosport.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna dayaq yarımmüdafiəçisinin topuq nahiyəsindən zədə alması səbəb olub. 65 milyon avroya transfer edilən 22 yaşlı kamerunlu oyunçu sentyabr ayının sonunadək yaşıl meydanlardan uzaq qalacaq.
Bununla da, o, “Everton”, “Sabah”, “Mançester Siti” və “Brayton”la matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, sentyabrın 10-da İngiltərədə təşkil olunacaq “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
