“Zirə” yeni transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, “qartallar” heyətini hücumameyilli yarımmüdafiəçi Dimitri Leqbo ilə gücləndirib.
Xorvatiyanın “Riyeka” klubundan transfer edilən 25 yaşlı kot-dİvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Leqbo “Riyeka”ya bu ilin əvvəlində Finlandiya “İnter”indən keçib və xorvatlarla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Afrikalı futbolçu 2021-2023-cü illərdə Ermənistanda “Ararat”ın formasını geyinib.
