“Sabah” futbol komandası sentyabrın 10-da UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
Prosport.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, "Old Trafford” stadionunda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.
Təkrar satış platformasında stadionun yuxarı sektorları üçün biletlərin qiyməti 86 funt sterlinqdən (192 AZN) başlayır. Aşağı sektorlarda isə ən ucuz biletlər 120 funt sterlinqə (268 AZN) təklif olunur.
Nəşr matçın başlama vaxtı yaxınlaşdıqca qiymətlərin arta biləcəyini qeyd edib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
