Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail”in adının “Quba” ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Prosport.Az xəbər verir ki, yaxın gələcəkdə komanda Quba şəhərini təmsil edəcək.
Bildirilib ki, bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.
