“Yuventus”un fransalı yarımmüdafiəçisi Kefren Türam dizindən əməliyyat olunacaq.
Prosport.Az xəbər verir ki, 25 yaşlı futbolçu bu gün Lion şəhərinə yollanacaq. O, sabah diz oynaqları üzrə mütəxəssis Bertran Sonneri Kotte tərəfindən əməliyyat ediləcək.
Türama son mövsümün sonlarında başlayan və yay fasiləsində də keçməyən ağrılara görə patellofemoral sindrom diaqnozu qoyulub. Klubun tibbi heyəti və məşqçilər korpusu ilə məsləhətləşmədən sonra əməliyyat qərarı verilib.
Türam yayda “Yuventus”un bütün yoxlama oyunlarını buraxıb. O, A Seriyasının ilk turunda “Frozinone” ilə matçda ehtiyatda qalıb, “Parma” ilə qarşılaşmada isə meydana çıxmayıb.
Fransalı futbolçunun ən azı dörd ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
