"Qarabağ"dan ayrılıb Malayziyanın "Cohor Darul-Tazim" klubuna keçən Dani Bolt yeni komandasında qol sevinci yaşayıb.
Prosport.Az xəbər verir ki, onnun komandası Malayziya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Damansara"nın qonağı olub. Qarşılaşma qonaqların 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Braziliyalı müdafiəçi 29 dəqiqədə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, 27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu. Ağdam təmsilçisi avqustun 29-da futbolçu ilə yollarını ayırıb.
