Azərbaycan I Liqasında mübarizə aparan "Şimal" klubu heyətini daha bir afrikalı futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan 23 yaşlı müdafiəçi Moussa Diallo ilə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, "Şimal" daha əvvəl Nigeriya təmsilçisi Umar Abubakarla da anlaşma əldə edib.
