Viçko Şevelinin “Neftçi”yə transferi “Dandi Yunayted”ə təzminat qazandırıb.
Prosport.Az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisinin “Dandi Yunayted”lə müqaviləsinin sonuna 1 il vaxt qaldığından, Azərbaycan təmsilçisi keçid qarşılığında qarşı tərəfə ödəniş edib. Məbləğ açıqlanmasa da, şotlandları məmnun edəcək qədər yüksək olduğu vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, Bakı klubu Şevelinin 1 və ya 2 illik yüksək səviyyəli çıxışından sonra onu sataraq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, xorvatiyalı Viçko Şeveli “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. O, “ağ-qaralar”da 88 nömrəli formanı geyinəcək.
