Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb.
Prosport.Az xəbər verir ki, bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, daha əvvəl Gəncə şəhər stadionu UEFA-dan 4-cü kateqoriyalı arena statusu alıb.
