Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Formula 1" ilə müqayisə etsək, biz sanki yarışa axırıncı yerdən başlamışıq" - Filipe Kandidu
    31.08.2026 23:10:22

    Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Filipe Kandidu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, oyun haqqında təəssüratlarını bölüşən mütəxəssis ardınca jurnalistlərin suallarını cavablandırıb.

    – Nəticədən narazıyam, məğlub olduq, lakin deməliyəm ki, 11 nəfərlə oynadığımız müddətdə komanda yaxşı futbol sərgiləyirdi. Kadinin qırmızı vərəqə almasından sonra da epizodlarımız oldu, hətta “Qarabağ” da fərdi keyfiyyətlər hesabına şanslar yaratdı. Bura gəldiyim ilk günlə indiki vəziyyəti müqayisə edəndə oyun planında irəliləyiş görürəm. 2-ci hissədə komanda cəsarət göstərdi, irəlidə pressinq etdi və qol imkanları yaratdı, sadəcə onları dəyərləndirə bilmədik. Baş məşqçi kimi ən vacib odur ki, kollektiv oyundan-oyuna inkişaf etsin.

    – Komanda ilk matçlarla müqayisədə daha döyüşkən təsir bağışladı. İstədiyiniz “Sumqayıt”ı nə vaxt görəcəyik?

    – Vaxt barədə danışmağı sevmirəm. Məsələn, 1 və ya 2 ay sonra demək düzgün olmaz. “Formula 1” ilə müqayisə etsək, biz sanki yarışa axırıncı yerdən başlamışıq, lakin əminəm ki, mövsümün sonuna qədər hər rəqiblə mübarizə aparan, “Qarabağ” kimi güclü komandalarla qarşılaşmada yaxşı oyun və qələbə göstərə bilən bir kollektiv quracağıq. Mövsüm ərzində bunu hər kəs görəcək.

    – Heyətdə qıtlıq hiss olunur. Masaki Murata komanda ilə məşq etməsinə baxmayaraq, niyə iştirak ərizəsində yoxdur?

    – Hazırda komandanın formalaşma dövrüdür və transfer pəncərəsinin bağlanmasına az qalıb, dəyişikliklər olacaq. Fərqli xarakteristikaya malik oyunçular axtarırıq. Həmçinin 12 legioner limiti var və risk edib kimisə dərhal siyahıya salıb sonra dəyişmək kimi bir lüksümüz yoxdur. Transfer dövrü bağlandıqdan sonra tam oturuşmuş heyəti meydanda görəcəksiniz.

    – Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?

    – Əlbəttə, məşqçi kimi hər oyunda qalib gəlmək istəyirəm. Rəhbərliklə ilk görüşdən əsas müzakirəmiz ötən illə müqayisədə daha yaxşı nəticə əldə etmək olub. Konkret olaraq çempionluq və ya avrokubok hədəfi qoyulmayıb, lakin pillə-pillə inkişaf edən, gələcək üçün güclü bir komanda qurmağı hədəfləmişik.

    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved