"Araz-Naxçıvan"dan ayrılan Nunu Rodrigeşin yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, portuqaliyalı vinger Rumıniyada oynayacaq.
O, yüksək liqada çıxış edən "Voluntari" ilə anlaşıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki. Nunu Rodrigeş 2023-cü ildə “Sportinq Kovilya”dan “Araz-Naxçıvan”a keçmişdi. O, bu ilin iyun ayında Naxçıvan təmsilçisindən ayrılıb.
