“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Prosport.Az sport-express.ru-ya istinadən xəbər verir ki, Bakı təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürür. 26 yaşlı braziliyalı futbolçu ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. O, bütün turnirlərdə 29 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Sabah” bu mövsüm Azərbaycanı Çempionlar Liqasının liqa mərhələsində təmsil edəcək.
