Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" Rusiya I Liqasında növbəti qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, komanda IX turda evdə "Çelyabinsk"lə qarşılaşıb. Görüş "Soçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Şeydayev də bu matça iştirak edib. O, start heyətində meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Soçi" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
