Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Vernidub “Zirə”nin hakim səhvlərindən nə qədər əziyyət çəkdiyini bilmir" - Rəşad Sadıqov
    30.08.2026 23:24:59

    Azərbaycan Premyer Liqasının III turunda baş tutan “Zirə” – “Neftçi” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk olaraq qarşılaşma barədə ümumi fikirlərini diqqətə çatdırıb.

    – Olduqca maraqlı oyunun şahidi olduq. İlk dəqiqələrdən meydanda aqressiv və əzmkar mübarizə gedirdi. Birinci hissə daha çox taktik döyüş şəraitində keçdi, heç bir komanda bir-birinə güzəştə getmək istəmirdi. İkinci yarıda tempi artırmağa və hücumların sayını çoxaltmağa çalışdıq. Qətiyyən müdafiəyə qapanmaq və hesabı qorumaq fikrimiz yox idi. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları dəqiqliklə yerinə yetirdilər. Qarşımızda son turlarda və avrokuboklarda keyfiyyətini göstərən çox güclü rəqib var idi. Vacib 3 xal qazandıq. Futbolçularımı, azarkeşlərimizi və rəhbərliyi təbrik edirəm. Komandamın göstərdiyi xarakterlə fəxr edirəm.

    – Rəqibin baş məşqçisi Yuri Vernidub oyundan sonra hakimlərin “Zirə”yə rəğbət bəslədiyini və bu ssenarinin artıq üçüncü dəfə təkrarlandığını iddia etdi. Bu fikirlərə münasibətiniz necədir?

    – Son oyunlarda sadəcə bir hakim səhvi xatırlayıram. Onu da hakimlər komitəsi və biz özümüz etiraf etmişdik. 0:0 bitən matçda isə heç bir mübahisəli məqam yox idi. Bu gün göstərilən ikinci sarı kart gözümün qabağında oldu, 100 faizlik qərar idi. Yuri Verniduba baş məşqçi kimi böyük rəğbətim var və çempionatımızda işləməsinə görə çox şadam. Sadəcə, o, 5–6 aydır Azərbaycandadır və illərdir “Zirə”nin hakim səhvlərindən nə qədər əziyyət çəkdiyini bilmir. Yaddaşında yalnız həmin o bir səhv qalıb. Məğlubiyyətdən sonra emosional olması anlaşılandır, ona olan hörmətim dəyişməz olaraq qalır.

    – Bu gün meydanda çox nizamlı və sıx oynayan bir “Zirə” gördük. Oyun planında narazı qaldığınız hər hansı məqam oldu?

    – Yeganə narazılığım hücumların yekunlaşdırılması, son ötürmə və zərbələrin dəqiqliyi ilə bağlı ola bilər. Belə rəqiblərə qarşı bir qol fərqi ilə üstünlüyü qorumaq çox risklidir. Son dəqiqələrdə “Neftçi” aut və standart vəziyyətlərlə təzyiq yaratdı. Halbuki daha öncə fərqi artırmaq üçün əlverişli imkanlarımız var idi. Davit Volkovun təkbətək epizodu buna misaldır, lakin güclü kollektivə qarşı nümayiş etdirilən oyundan və nəticədən razıyam.

    – Final fitindən sonra Vernidubun sizinlə salamlaşmadan paltardəyişmə otağına getməsi diqqətdən yayınmadı. Həmin epizodda nə yaşandı?

    – Bəli, hər zaman olduğu kimi yaxınlaşıb sağollaşmaq istədim, lakin o, birbaşa içəri keçdi. Məğlubiyyətdən sonra belə hallar olur. Daha sonra fleş-müsahibədən qayıdanda yenidən ona yaxınlaşdım. Bildirdi ki, məyus olduğu üçün belə edib. Bu, tamamilə anlaşılan durumdur.

    – Sıx qrafik fonunda komandanın heyəti mövsümün sonuna qədər hədəflər uğrunda mübarizə aparmağa bəs edir? Junior Martinsin satılması sırf klubun gəlir əldə etməsi ilə bağlı idi?

    – Junioru satmaq planlarımızda yox idi, çünki həmin mövqeyi tam komplektləşdirmişdik, lakin ona çox sərfəli təklif gəldi. Özü mənimlə danışdı, rəhbərlik də iki il ərzində komandaya böyük fayda verən futbolçunun keçidinə mane olmadı. Klubun gəlir əldə etməsi və futbolçuların buradan daha yaxşı yerlərə transfer oluna biləcəyini görməsi gələcək seleksiya üçün vacibdir. Rəhbərlik 4–5 yeni transfer üçün icazə verib, hazırda axtarışlarımızı davam etdiririk. Heyətdə ehtiyat qüvvə baxımından problemlərimiz mövcuddur. Şifahi razılıq əldə etdiyimiz iki futbolçu var, lakin rəsmi müqavilə imzalanmadan ad çəkmək tezdir.

    – Qarşıda sizi “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la çətin oyunlar gözləyir. Bu qrafik haqqında nə düşünürsünüz?

    – Bizim üçün rəqibin kimliyindən asılı olmayaraq hər oyunda 3 xal eyni dəyərdədir. Ötən mövsüm autsayderlərlə matçlarda itirdiyimiz xallar bizi avrokuboklardan kənarda qoydu. Üst-üstə 4 çətin matç keçirmək asan deyil, lakin cədvələ uyğunlaşmalıyıq. Fürsətdən istifadə edib “Sabah”ı Çempionlar Liqasının qrupuna vəsiqə qazanması münasibətilə təbrik edirəm. Növbəti matçda onlara qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

    – “Qarabağ”ın avrokuboklardakı uğursuzluğundan sonra Qurban Qurbanov haqqında səslənən tənqidlərə münasibətiniz necədir?

    – Mən böyük məyusluq yaşayıram, lakin bu məyusluq Qurban müəllimə görə deyil, o təfəkkürdə olan insanlara görədir. “Dinamo” (Kiyev) və “Tvente” kimi ciddi rəqiblər, zədələr və heyətdəki itkilər nəticəyə birbaşa təsir etdi. Qurban müəllimin sanki uduzmaq limiti yoxdur. Bir matç məğlub olan kimi təzyiqlər başlayır. Halbuki 12 il ardıcıl olaraq avrokubokların qrup mərhələsində oynamaq fantastik göstəricidir. İnanıram ki, Qurban Qurbanov bu sınaqdan daha da güclü çıxacaq.

    Futbol

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00
    Futbol

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40
    Akademiya

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54
    Futbol

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45
    Futbol

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52
    Futbol

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52

    Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edildi

    2.09.2026 12:11:36

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42

    "Şamaxı"dan ayrılan futbolçu Əlcəzair klubunda

    2.09.2026 11:07:45

    "Zirə"dən 100 minlik transfer

    2.09.2026 10:40:37

    "Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi - ADLAR

    2.09.2026 10:01:45

    "Karvan-Yevlax" rəsmisi "İmişli" üçün işləyəcək

    2.09.2026 01:51:50

    "CBC Sport"un əməkdaşına bu federasiyada vəzifə verildi

    2.09.2026 00:25:49

    Polina Rəhimova milli karyerasını başa vurdu

    1.09.2026 23:31:23

    Türkiyə Voleybol Federasiyasının prezidenti Faiq Qarayevi mükafatlandırdı – FOTOLAR

    1.09.2026 22:57:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved