Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zirə" kimi komandaya top vermək olmaz" - Yuri Vernidub
    30.08.2026 23:07:00

    Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçından (1:0) sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub media nümayəndələrinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər veririk ki, ukraynalı mütəxəssis ilk növbədə məğlubiyyəti şərh edib.

    – Bu gün uduzduq, futbolda belə hallar olur, lakin oyunda “Zirə”nin bizi tamamilə sıxışdırdığı bir məqam olmadı. Ruhdan düşməyə dəyməz, səhvləri təhlil edib irəli baxmaq lazımdır. Hələ 3-cü turdur, çempionatda hər şey öndədir.

    – Komandanın pis təsir bağışlamadığını dediniz, lakin “Neftçi” 90 dəqiqə ərzində real qol vəziyyəti yarada bilmədi. Qələbəyə iddialı klub epizodsuz qalmamalı idi…

    – Tam yekun zərbələrimiz alınmasa da, rəqib qapısına təhlükəli yaxınlaşmalarımız oldu. Bəzi oyunçular tələsdikləri üçün epizodları keyfiyyətli tamamlaya bilmədilər. İnanıram ki, növbəti matçlarda daha real qol fürsətləri yaradacağıq.

    – “Araz-Naxçıvan”la matçda 5 qol vurulmuşdusa, bu gün kəsərsizlik yaşandı. Səbəb nə idi?

    – Hər matçın öz ssenarisi olur. Keçən dəfə fürsətlər çox idi deyə 5 qol vurduq, bu dəfə imkanlar məhdud oldu. Nəzərə alın ki, matçın 20 dəqiqədən çoxunu 10 nəfərlə oynadıq. Buna baxmayaraq dayanmadıq, hücuma keçməyə davam etdik. Oyuna yanaşmanı və futbolçuların sonadək mübarizə aparmasını bəyəndim. Birinci taymın uzatma dəqiqələrində buraxdığımız səhv olmasaydı, ikinci hissə tam fərqli axarda keçə bilərdi. İndi dincəlmək, sonra isə oyunu analiz etmək lazımdır.

    – 1-ci yarıda ehtiyatlı görünən “Neftçi” 2-ci hissədə daha aqressiv oynadı. “Zirə” niyə sizi bu qədər çəkinməyə məcbur etdi?

    – Məsələyə bir az fərqli yanaşardım. İlk hissədə vurulan qoldan başqa rəqibin nə epizodu var idi ki? Onlarda da kəsərli heç nə alınmırdı. Söhbət ondan gedir ki, biz ilk yarıda yetərincə pressinq etmədik. “Zirə” kimi komandaya top vermək olmaz. Həm biz, həm də onlar əsasən uzun ötürmələrə üstünlük verirdik, bu da heç bir tərəfə xüsusi üstünlük qazandırmadı. Sadəcə vurulan qol rəqibə əlavə motivasiya verdi. Bəzi futbolçularımızda oyun alınmadı. Kimin niyə zəif çıxış etdiyini isə öz daxili “mətbəxt"imizdə müzakirə edib həll edəcəyik.

    Futbol

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00
    Futbol

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40
    Akademiya

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54
    Futbol

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45
    Futbol

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52
    Futbol

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52

    Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edildi

    2.09.2026 12:11:36

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42

    "Şamaxı"dan ayrılan futbolçu Əlcəzair klubunda

    2.09.2026 11:07:45

    "Zirə"dən 100 minlik transfer

    2.09.2026 10:40:37

    "Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi - ADLAR

    2.09.2026 10:01:45

    "Karvan-Yevlax" rəsmisi "İmişli" üçün işləyəcək

    2.09.2026 01:51:50

    "CBC Sport"un əməkdaşına bu federasiyada vəzifə verildi

    2.09.2026 00:25:49

    Polina Rəhimova milli karyerasını başa vurdu

    1.09.2026 23:31:23

    Türkiyə Voleybol Federasiyasının prezidenti Faiq Qarayevi mükafatlandırdı – FOTOLAR

    1.09.2026 22:57:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved