Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gəncədə gəncəli məşqçi işləməlidir" fikri ilə heç cür razılaşmıram" - Azər Məmmədov
    30.08.2026 21:11:54

    Azərbaycan Premyer Liqasının III turunda baş tutan “Kəpəz” – “Turan Tovuz” (1:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis doğma azarkeşlər önündəki vacib qələbəni şərh edib.

    – İlk növbədə şəhərimizə və Azərbaycanımıza belə bir stadionu ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni meydançamızda ilk oyunumuz idi və qələbə qazanmaq sevincimizi ikiqat artırdı. Möhtəşəm azarkeş dəstəyi var idi. Arzulayıram ki, ölkəmizdəki hər bir matçda belə tribunalar və azarkeş coşqusu olsun. Oyuna gəlincə, çox güclü rəqibə qarşı mübarizə aparırdıq. “Turan Tovuz”u analiz edəndə müdafiə xəttinin necə mütəşəkkil olduğunu görürdüm, lakin futbolçularıma təşəkkür edirəm, möhtəşəm performans göstərdilər. Matçın ilk 15–20 dəqiqəsində uşaqlar gərginlikdən bir az özlərini itirmişdilər, lakin sonradan oyunda tarazlığı bərpa edə bildik. Nəticədə çox ağır və vacib qələbə qazandıq.

    – İllər sonra Gəncədəki ilk oyunda gəncəli mütəxəssis əzəli rəqibi məğlub etdi. Bu, şəhərdə böyük bayram əhval-ruhiyyəsi yaradıb. Siz hansı hissləri keçirirsiniz?

    – “Gəncədə gəncəli məşqçi işləməlidir” fikri ilə heç cür razılaşmıram. Bu, yanlış yanaşmadır. Azərbaycanın hər bir bölgəsindən olan və ya xarici mütəxəssis, kim layiqdirsə, o da işləməlidir. Keçmişə baxsaq, burada müxtəlif bölgələrdən olan məşqçilər uğurla çalışıblar. Bu gün mənə etimad göstərilibsə, mən buradayam. Azarkeşlərimiz həmişə qələbə istəyirlər və onlar buna layiqdirlər. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik.

    – Bu stadionda sonuncu qələbə də illər öncə sizin rəhbərliyiniz altında “Neftçi” üzərində qazanılmışdı. Bu statistikadan xəbəriniz var idi?

    – Xeyr, bundan xəbərim yox idi. “Neftçi” üzərindəki qələbənin də xoş xatirələri var, lakin bu gün qazanılan qələbə tam fərqli hisslər yaşadır. Həm yeni stadionun açılışı idi, həm də Qərb derbisində qələbə qazanmaq daha qürurvericidir.

    – “Turan Tovuz”un müdafiəsini yarmaq çətin idi, amma bunun öhdəsindən gəldiniz. Növbəti rəqib “Şamaxı” ilə səfər matçında necə bir “Kəpəz” görəcəyik?

    – “Şamaxı” ilə “Turan Tovuz” arasında oyun üslubu baxımından bənzərliklər var. Bu gün “Turan Tovuz”a qarşı taktikamızı tətbiq etdik. Sabahdan etibarən isə “Şamaxı”nın oyununu təhlil edəcəyik. Rəqibin zəif tərəflərini tapıb səfərdən də uğurlu nəticə ilə dönməyə çalışacağıq.

    – Matçın ilk yarısında komanda öz oyununu tapmaqda çətinlik çəkirdi, lakin ikinci hissədə fərqli “Kəpəz” izlədik. Fasilədə nə dəyişdi? Həmçinin 6 sarı kart almagınız nə ilə bağlı idi?

    – İlk dəqiqələrdə rəqibin gücünü və göstərdiyi təzyiqi nəzərə alsaq, futbolçuların gərginliyi normal idi. Fasilədə paltardəyişmə otağında tapşırıq verdim ki, müdafiəyə qapanmasınlar və irəli çıxsınlar. Uşaqlar da bu tapşırığı layiqincə yerinə yetirdilər. Sarı kartlara gəlincə, bunu sərt oyun kimi dəyərləndirməzdim. Bu, futbolçuların həddindən artıq motivasiyalı və istəkli olmasından irəli gəlirdi. Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim. Kartların bir neçəsi taktiki və mübarizə follarına görə idi. Futbol kontaktdan ibarətdirsə, xəbərdarlıqların olması da qaçınılmazdır.

    Futbol

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00
    Futbol

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40
    Akademiya

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54
    Futbol

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45
    Futbol

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52
    Futbol

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” bu futbolçu ilə yollarını ayırdı

    2.09.2026 16:37:00

    "Şamaxı"dan ayrılıb Əlcəzair klubuna keçdi

    2.09.2026 15:30:40

    “Dinamo”nun akademiyası əsas komandadan daha çox tanınır” – Aftandil Hacıyev

    2.09.2026 14:37:54

    Fransalı futbolçu dörd ay meydanlardan uzaq qalacaq

    2.09.2026 14:35:45

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13

    “Valdas Dambrauskasın uğurda çox böyük rolu var” – Maqsud Adıgözəlov

    2.09.2026 13:41:52

    Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edildi

    2.09.2026 12:11:36

    Millimizin sabiq üzvünün yeni klubu bilindi

    2.09.2026 11:42:42

    "Şamaxı"dan ayrılan futbolçu Əlcəzair klubunda

    2.09.2026 11:07:45

    "Zirə"dən 100 minlik transfer

    2.09.2026 10:40:37

    "Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi - ADLAR

    2.09.2026 10:01:45

    "Karvan-Yevlax" rəsmisi "İmişli" üçün işləyəcək

    2.09.2026 01:51:50

    "CBC Sport"un əməkdaşına bu federasiyada vəzifə verildi

    2.09.2026 00:25:49

    Polina Rəhimova milli karyerasını başa vurdu

    1.09.2026 23:31:23

    Türkiyə Voleybol Federasiyasının prezidenti Faiq Qarayevi mükafatlandırdı – FOTOLAR

    1.09.2026 22:57:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved