Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti məğlubiyyətini alıb.
Prosport.Az xəbər verir ki, Çenstoxova təmsilçisi Ekstraklasanın VI turunda doğma meydanda “Yaqelloniya” ilə qarşılaşıb.
Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və matçın 23-cü dəqiqəsində hesabı açan futbolçu olub. O, 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, “Rakuv” mövsümdə keçirdiyi 4 oyunun hamısında məğlub olub. Xalsız olan komanda turnir cədvəlində sonuncu – 18-ci pillədə qərarlaşıb.
