“Gəncəbasar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, ötən mövsüm “Cəbrayıl”ın formasını geyinən Dileyn Açimi ilə müqavilə imzalanıb. 21 yaşlı kamerunlu hücumçu ilə bir illik anlaşma əldə olunub.
Açimi 2025/2026 mövsümündə I Liqada “Cəbrayıl”ın heyətində 14 qol vurub. O, bu göstərici ilə çempionatın ən məhsuldar futbolçularından biri olub və bombardirlər siyahısında ilk üçlükdə qərarlaşıb.
Qeyd edək ki, Açimi ötən mövsüm “Cəbrayıl”ın uğurlu çıxışında əsas rollardan birini oynayıb.
