Gəncə Şəhər Stadionu UEFA tərəfindən 4-cü kateqoriyalı arena statusu alıb.
Prosport.Az xəbər verir ki, iki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində stadion UEFA tərəfindən yüksək qiymətləndirilib.
Yeni status Gəncə Şəhər Stadionunun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Bununla arena milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək hüququ qazanıb.
