Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın “Ayaks” klubuna transfer olunub.
Prosport.Az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Fənərbağça”dan ayrılan 30 yaşlı futbolçu “Ayaks”a azad agent kimi qoşulub. Onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Amrabat karyerası ərzində “Fiorentina”, “Verona”, “Brügge”, “Feyenoord”, “Utrext”, “Betis” və “Mançester Yunayted” klublarında çıxış edib.
