Argentina millisinin qapıçısı Emiliano Martines İngiltərənin “Çelsi” klubuna transfer olunub.
Prosport.Az xəbər verir ki, London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2028-ci ilə qədər müqavilə imzalanıb.
2020-ci ildən “Aston Villa”nın formasını geyinən Martines klubun heyətində 256 matça çıxıb. O, bu görüşlərdə 305 qol buraxıb və 80 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan Martines iki dəfə Amerika Kubokunu da qazanıb. “Transfermarkt” portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.
