“Qarabağ” klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
Prosport.Az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisinin futbolçunu transfer etmək hüququ olacaq.
Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə “Qremio”dan İngiltərənin “Mançester Siti” klubuna transfer olunub. O, karyerası ərzində Belçikanın “Lommel”, Portuqaliyanın “Vizela”, Braziliyanın “Bahia” və “İnter”, həmçinin APOEL komandalarının formasını geyinib.
Braziliyalı futbolçu ölkəsinin U-16 və U-17 milli komandalarında da çıxış edib.
