Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, hər iki futbolçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Liman”la müqavilə imzalayıb.
Onlarla imzalanan müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fidan Cəfərova ötən mövsüm Türkiyənin “Hakkarigücü”, Vüsalə Hacıyeva isə “Yüksekova” klubunda çıxış edib.
