Türkiyə I Liqasında IV turun qarşılaşmaları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Kayserispor”un qonağı olub. Gərgin keçən görüş Bursa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Toral Bayramov ehtiyat oyunçular siyahısında yer alıb və meydana daxil olmayıb.
Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran “Bursaspor” turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
