Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün II matçında "Şəfa" "İmişli"ni qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.
İlk qələbəsini qazanaraq xallarının sayını 4-ə çatdıran "İmişli" 4-cü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.
Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, turun digər matçları avqustun 30-31-də keçiriləcək.
