Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rossiyə böyük ümidlər bəsləyirdim" – Kaxaber Sxadadze
    29.08.2026 20:40:19

    Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutan “Qəbələ” – “Şamaxı” (0:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra təşkil edilən mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, matçla bağlı fikirlərini bölüşən gürcüstanlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Oyuna ilk 15 dəqiqədə yaxşı başladıq. Qol vəziyyətləri yaratsaq da, son nöqtəni qoya bilmədik. Akinade yaxın məsafədən əlverişli şansı boşa verdi. Sistemimizdə Meşak və Brunodan çox şey asılıdır. Bruno bu gün gözlənilən oyunu nümayiş etdirə bilmədi. Sonda 4-4-2 sisteminə keçməli olduq və bundan sonra da epizodlarımız yarandı, lakin yenə də sonluq çatışmadı. Rəqibin görüşün əvvəlindəki müəyyən üstünlüyünü çıxsaq, qarşılaşmanın böyük hissəsində oyuna nəzarət edən tərəf biz idik. Yeni gələn futbolçular fəlsəfəmizi mənimsəməlidirlər. Ötən mövsüm Domi, Prins və Balua üçlüyü hücumu təşkil edirdi. Bu gün Bruno həmin rolu üzərinə götürməli idi, lakin alınmadı. Əsas problem tempi tuta bilməməsidir. Bəlkə də komandaya gələndə Premyer Liqanın səviyyəsinin və sürətinin bu dərəcədə yüksək olduğunu gözləmirdi. Burada sürətli futbol oynanılır və anında dəqiq qərar vermək lazımdır. Buna baxmayaraq, Brunoya ümidimiz böyükdür. O, yüksək keyfiyyətə malik futbolçudur.

    – Bu dəfə meydanda 2 deyil, 1 hücumçu gördük. Akinadeyə şans verməyiniz nə ilə bağlı idi?

    – Sadəcə taktiki seçim etdik. Hər iki hücumçumuza güvənirik. Ötən oyundan sonra anladıq ki, eyni anda iki forvard çıxış edəndə kombinasiyalı oyunumuz alınmır. Hücumun arxasında yer alan futbolçu isə komandanı ötürmələrlə daha yaxşı təmin edə bildi. Rossi də matça pis qoşulmadı, fərqlənə bilərdi. 2 forvardımızın olmasından növbəti matçlarda da istifadə edə bilərik.

    – Komanda 3 matçdır qələbə qazanmır və qol vura bilmir. Bu durum rəhbərlik və azarkeşlər tərəfindən nə dərəcədə psixoloji təzyiq yaradır?

    – Azarkeşlər tərəfindən təzyiq təbii ki, olacaq və bunu anlayışla qarşılayırıq. 3 oyundur qələbə qazanmamağımız və qol vura bilməməyimiz futbolçulara psixoloji baxımdan təsir edir. Bu gün istədiyimiz oyuna yaxın performans göstərdik, lakin qol gəlmədikcə təzyiq qaçılmaz olur.

    – Ötən mövsüm “Şamaxı”da parlaq çıxış edən Rossinin “Qəbələ”də özünü göstərə bilməməsinin səbəbi nədir?

    – Mən də şəxsən Rossiyə böyük ümidlər bəsləyirdim. O, keçən mövsüm özünü yaxşı tərəfdən göstərmişdi, amma komandamıza çox gec qoşuldu və fiziki baxımdan hazır gəlməmişdi. Eyni sözləri çempionatın başlamasına 3 gün qalmış heyətə qatılan Bruno haqqında da demək olar. Hər iki futbolçu hələ optimal tempə düşməyib.

    Futbol

    "Meydanda pul rol oynamır" - Fərid Namazov

    29.08.2026 23:42:23
    Futbol

    "Xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi" – Zaur Həşimov

    29.08.2026 23:14:11
    Futbol

    Vüsal İsgəndərlinin komandası liderliyə yüksəldi

    29.08.2026 22:54:21
    Futbol

    Toral Bayramov ehtiyatda qaldı, komandası səfərdə 3 xala sevindi

    29.08.2026 22:37:47
    Futbol

    "İmişli" yeni mövsümdə ilk qələbəsini qazandı

    29.08.2026 22:12:09
    Futbol

    "Qarabağ"da gözlənilən ayrılıq reallaşdı

    29.08.2026 21:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Meydanda pul rol oynamır" - Fərid Namazov

    29.08.2026 23:42:23

    "Xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi" – Zaur Həşimov

    29.08.2026 23:14:11

    Vüsal İsgəndərlinin komandası liderliyə yüksəldi

    29.08.2026 22:54:21

    Toral Bayramov ehtiyatda qaldı, komandası səfərdə 3 xala sevindi

    29.08.2026 22:37:47

    "İmişli" yeni mövsümdə ilk qələbəsini qazandı

    29.08.2026 22:12:09

    Dünya Seriyasının Bakı mərhələsində 7 medal - NƏTİCƏLƏR

    29.08.2026 21:58:09

    "Böyük Dəbilqə"da ilk medal bürünc oldu

    29.08.2026 21:24:44

    "Qarabağ"da gözlənilən ayrılıq reallaşdı

    29.08.2026 21:03:32

    "Rossiyə böyük ümidlər bəsləyirdim" – Kaxaber Sxadadze

    29.08.2026 20:40:19

    "Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamalıyıq" - Azər Bağırov

    29.08.2026 20:24:23

    Premyer Liqa: Qəbələdə qolsuz sülh - VİDEO

    29.08.2026 19:54:04

    “Şəfa” – “İmişli”: HEYƏTLƏR

    29.08.2026 19:18:25

    Cüdoçumuzdan qızıl medal – FOTOLAR

    29.08.2026 18:14:41

    “Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı təqvimi açıqlandı

    29.08.2026 17:37:19

    "Qəbələ" - "Şamaxı": HEYƏTLƏR

    29.08.2026 17:04:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved