Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamalıyıq" - Azər Bağırov
    29.08.2026 20:24:23

    Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Qəbələ” – “Şamaxı” (0:0) matçından sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, qarşılaşma barədə təəssüratlarını bölüşən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Düşündüyümüz kimi çətin qarşılaşma oldu. Bəlkə də, “Qəbələ” son turlardakı ən yaxşı oyununu nümayiş etdirdi. Şükürlər olsun ki, bu sınağın öhdəsindən gələ bildik. Mövcud situasiyada səfərdə xal qazanmaq vacib idi. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı mübarizə apardılar. İndi yalnız qarşıdakı matçlara fokuslanacağıq.

    – Səfərdə 1 xal qazandınız, yoxsa hücumları nəzərə alsaq, 2 xal itirdiyinizi düşünürsünüz?

    – Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamağımız çatmadı. Rəqibi azlıqda yaxaladığımız epizodlar oldu, 3-ə 3, 4-ə 3 hücum şansları əldə etdik, lakin son nöqtəni qoymaqda dəqiqlik çatışmadı. Məşqlərdə bu komponent üzərində daha çox çalışacağıq. Çempionat yeni başlayıb. Turnir cədvəlində sənə yaxın olan rəqiblərlə oyunlar daha çox enerji tələb edir, çünki xal itirmək qorxusu psixoloji təzyiq yaradır. Yuxarı pillələrdə qərarlaşan komandalarla qarşılaşmalarda isə futbolçular daha rahat çıxış edirlər. Bu baxımdan onları başa düşürəm.

    – Komanda çempionata ard-arda səfər oyunları ilə başlayıb və hələ də öz meydanınızda azarkeşlər önünə çıxmamısınız. Bu amil komandanın xarakterinə və formalaşmasına necə təsir edir?

    – Əlbəttə, doğma azarkeşlərimizin önündə çıxış etmək daha xoş olardı, lakin bu sınaqlar futbolçularımı daha da bərkidəcək. “Qarabağ”, “Turan Tovuz” və “Qəbələ” kimi çətin səfərlərdə oyundan-oyuna xal qazana bilirik, bu, müsbət haldır. Səhvlərimiz var və onların üzərində işləyəcəyik. Qarşıda bizi növbəti səfər matçı gözləyir, lakin nikbinik. Tezliklə stadionumuzdakı işıqlandırma sistemi ilə bağlı məsələ tam həll olunacaq və öz meydanımızda azarkeşlərimizi qələbələrlə sevindirəcəyik.

    Futbol

    "Meydanda pul rol oynamır" - Fərid Namazov

    29.08.2026 23:42:23
    Futbol

    "Xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi" – Zaur Həşimov

    29.08.2026 23:14:11
    Futbol

    Vüsal İsgəndərlinin komandası liderliyə yüksəldi

    29.08.2026 22:54:21
    Futbol

    Toral Bayramov ehtiyatda qaldı, komandası səfərdə 3 xala sevindi

    29.08.2026 22:37:47
    Futbol

    "İmişli" yeni mövsümdə ilk qələbəsini qazandı

    29.08.2026 22:12:09
    Futbol

    "Qarabağ"da gözlənilən ayrılıq reallaşdı

    29.08.2026 21:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Meydanda pul rol oynamır" - Fərid Namazov

    29.08.2026 23:42:23

    "Xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi" – Zaur Həşimov

    29.08.2026 23:14:11

    Vüsal İsgəndərlinin komandası liderliyə yüksəldi

    29.08.2026 22:54:21

    Toral Bayramov ehtiyatda qaldı, komandası səfərdə 3 xala sevindi

    29.08.2026 22:37:47

    "İmişli" yeni mövsümdə ilk qələbəsini qazandı

    29.08.2026 22:12:09

    Dünya Seriyasının Bakı mərhələsində 7 medal - NƏTİCƏLƏR

    29.08.2026 21:58:09

    "Böyük Dəbilqə"da ilk medal bürünc oldu

    29.08.2026 21:24:44

    "Qarabağ"da gözlənilən ayrılıq reallaşdı

    29.08.2026 21:03:32

    "Rossiyə böyük ümidlər bəsləyirdim" – Kaxaber Sxadadze

    29.08.2026 20:40:19

    "Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamalıyıq" - Azər Bağırov

    29.08.2026 20:24:23

    Premyer Liqa: Qəbələdə qolsuz sülh - VİDEO

    29.08.2026 19:54:04

    “Şəfa” – “İmişli”: HEYƏTLƏR

    29.08.2026 19:18:25

    Cüdoçumuzdan qızıl medal – FOTOLAR

    29.08.2026 18:14:41

    “Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı təqvimi açıqlandı

    29.08.2026 17:37:19

    "Qəbələ" - "Şamaxı": HEYƏTLƏR

    29.08.2026 17:04:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved