Azərbaycan Premyer Liqasında III tura start verilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.
Bu nəticədən sonra "Şamaxı" 2 xalla 7-ci, meydan sahibləri 1 xalla 10-cu pillədə qərarlaşıb.
Günün 2-ci görüşündə "Şəfa" "İmişli"ni qəbul edəcək.
Xatırladaq ki, turun digər matçları 30-31 avqustda baş tutacaq.
