“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu gürcüstanlı futbolçu Andria Bartişvilini heyətinə qatmağa hazırlaşır.
Prosport.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanması gözlənilir. Futbolçunun tibbi müayinədən keçmək üçün gələn həftə Londona yollanacağı bildirilir. Transferin məbləğinin 4,5 milyon avro olduğu qeyd edilir.
Gürcüstan U-21 millisinin üzvü son olaraq “İberiya 1999” klubunda çıxış edib.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində “Arsenal”la 2027-ci il yanvarın 27-də səfərdə qarşılaşacaq.
