Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Qəbələ" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki 2 görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir.
Günün 2-ci oyununda "İmişli" "Şəfa"nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq. Bölgə təmsilçisi 1 xalla 8-ci, paytaxt klubu 3 xalla 6-cı sıradadır.
Azərbaycan Premyer Liqası
I dövrə, III tur
29 avqust
18:00. "Qəbələ" – "Şamaxı"
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
20:15. "Şəfa" – "İmişli"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"SOCAR Polymer Arena"
Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.
