Kiprin “Pafos” klubunda çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov zədəsini bərpa edir.
Prosport.Az "Goal News”a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi hazırda reabilitasiya proqramı keçir.
Zədə səbəbindən komandasının son oyunlarında iştirak edə bilməyən Məmmədovun yaxın həftələrdə məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, Murad Məmmədov zədədən əvvəl sonuncu dəfə avqustun 13-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Zalsburq”a qarşı meydana çıxıb. O, 82-ci dəqiqədə oyuna daxil olub və 2 dəqiqə sonra komandasının 3-cü qolunu vurub.
