“Qarabağ” futbol klubunun yeni transferləri Taofik İsmahil və Reda Xadranın keçidi üçün ödədiyi pulun məbləği məlum olub.
Prosport.Az transfermarkt saytına istinadən xəbər verir ki, transfer dəyəri 1,5 milyon avro (təxminən 3 milyon manat) olan 26 yaşlı nigeriyalı vinger Taofik İsmahilin keçidi üçün Ağdam təmsilçisi 1 milyon avro (təxminən 2 milyon manat) təzminat ödəyib. Vinger Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub və onunla 2029-cu ilin iyunun 30-na kimi müqavilə imzalanıb.
1.2 milyon avro (təxminən 2,1 milyon manat) transfer dəyəri olan Reda Xadranın keçidi üçün də təmsilçimiz 1 milyon avro xərcləyib. Fransanın “Reyms” klubundan transfer olunan 25 yaşlı almaniyalı futbolçu ilə 2028-ci ilin iyun ayının sonunadək sözləşmə imzalanıb.
Beləliklə, “Qarabağ” 2 yeni futbolçunun transferinə ümumilikdə 2 milyon avro (təxminən 4 milyon manat) xərcləyib.
