Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə 2 medal qazanıblar.
Prosport.Az xəbər verir ki, Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xalı toplayaraq 2-ci yeri tutub
Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət heyət isə qızların komanda yarışında bürünc medala sahib olublar.
