Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub.
Prosport.Az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.
Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qoluna imza atıb - 2:2.
Tərəflər arasında ilk qarşılaşma da 2:2 hesabı ilə bitdiyindən, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə daha bir qol vuran Split təmsilçisi liqa mərhələsinə vəsiqə qazanıb.
"Rakuv" isə avrokuboklarla vidalaşıb.
