Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Barselona" ilə oyunda "Sabah"a azarkeşlik edəcəyəm" – Qurban Qurbanov
    27.08.2026 23:45:18

    UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Əfsuslar olsun, məğlub olduq. İstəməzdik ki, bu cür nəticə alınsın. Əlbəttə, səhvlərimiz oldu, amma meydanda döyüşən kollektiv gördüm. Çatışmazlıqlarımız var idi, rəqibi təbrik edirəm. İstəyirdik ki, ən azından Konfrans Liqasında əsas mərhələdə olaq. Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm. Fanatlar meydanda möhtəşəm atmosfer yaratmışdı.

    – Oyunun qırılma anı nə oldu?
    – Hücumda rotasiyalar edə bilmədik. Çatışmazlıqlarımız var idi və belə komandaya qarşı irəlidə daha sürətli olmalıydıq. “Tvente” topla çox yaxşı davranır.

    – Sizcə, avrokuboklardan kənarda qalmaq komandanı toparlamaq üçün yaxşı oldu?
    – Yeniliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklərə ehtiyac var. Bunları nəzərə alanda, bəlkə, avrokuboklarda olmamağın faydası dəyə bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət, təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq, xeyirlisi. Futbol hər il inkişaf edir, komandanı formalaşdırmaq, rəqiblərlə başabaş oynaya bilmək üçün daha da təkmilləşməliyik.

    – Hamı bilir ki, sevimli rəqəminiz 13-dür. Avrokuboklarda seriyanız da 13-cü ildə başa çatdı…
    – Bu şeylərə çox da inanmıram. Sadəcə 13-ü özümüz üçün seçmişik. Belə detallara fikir verməməliyik.

    – Lanqa niyə əvəzləndi?
    – 2-ci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq.

    – Liqada çempion ola biləcəksiniz?
    – Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” yaxşılaşıb. Eyni zamanda, “Turan Tovuz”u da qeyd etməliyəm. Yaxşı heyət qurublar. Biz uğurlu nəticə üçün hər şeyi edəcəyik. İnanıram ki, futbolçular optimal formaya düşəcəklər.

    – Azarkeşi olduğunuz “Barselona” “Sabah”la Bakıda oynayacaq…
    – Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzu edirəm. Deyəcək çox söz yoxdur. “Barselona”ya başqa oyunlarda fanatlıq edəcəyəm.

    – Məğlubiyyətə görə bütün “oxlar” sizə gəlir. Tənqid olunan əsas məqam heyətin kasad olması və transferlərin məhz oyun günü elan edilməsidir. Gecikmədiniz?
    – Gecikdik. Yanvar ayından ümumi transfer işlərinə başlamışdıq. Alınanları tez etdik. Bu transferlər də 10 gün əvvəl həll olunsaydı, faydalı ola bilərdi. Alınmadı… Heyətlə bağlı da problem yaşadıq, gözlənilməz zədələrlə üzləşdik. Artıq itirəcək bir şey yoxdur. Bu gün qismətimizdə məğlubiyyət var imiş. Əsas məsələ bundan sonra necə reaksiya verəcəyimizdir.

    – Avrokuboklarda oynamaqla liqada çıxış etmək çətindir. Bunu yaşamısınız. Sizcə, “Sabah” üçün də çətin olacaq?
    – Hər turnirin özünəməxsusluğu var. “Sabah”ın 2 turnirdə də mübarizə aparmaq gücü var. Bizdə isə sadəcə sanki, “Qarabağ” çox yorulmuşdu. Çempionata köklənmək çətin oldu. İndi “Sabah” daha yaxşı formalaşır, çox yaxşı baş məşqçiləri və heyətləri var. Oturuşmuş kollektivdir. Məncə, liqada rahat oynayacaqlar. Bəlkə də, bu il bizim üçün çempionatda oynamaq motivasiya baxımından çətin olacaq.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved